Rüfət Zəbioğlu
AMİN,
KİŞİ, AMİN
--Etdim
böyük oğlumçun ötən yazda kiçik toy,
Etdim ki,
uşaqdır, ona bir "Volqa" alım qoy.
Düşmüşdü
çalan dəryaya, vermirdi şabaş boy,
Tanrım
batıra dar gözə qızmar şişi,
--Amin!
Amin,
qağa, amin, lələ, amin, kişi, amin!
--Hal əhlilərin
olmasın aləmdə qızardan,
Hifz eyləsin
allah bizi hər dərddən, azardan,
Hər
bişərəf, hər nakişi, hər mərdüməzardan,
Hər kəs
bizə diş qıcsa, tökülsün dişi,
--Amin!
Amin,
qağa, amin, lələ, amin, kişi, amin!
--Çox
razıyam allah özü şahiddi ki, zaddan,
Zavmaqdı,
nə şey olsa, çıxarmır bizi yaddan,
Çıxmış
özü bir ay olar ancaq qazamatdan,
Çıxsın
atası, qaynatası, qərdeşi,
--Amin!
Amin,
qağa, amin, lələ, amin, kişi, amin!
--Sən
molla, mən alverçi, qaranlıq dərə xəlvət,
Alverçi
hərif, molla avam xoşlayar, əlbət,
Hər kəz
bizi şeytanlasa imanına lənət,
Qurd-quşlara
qismət görüm olsun leşi,
--Amin!
Amin,
qağa, amin, lələ, amin, kişi, amin!
--Üçmərtəbə
bir ev tikdirəcəkdim, yaxalandım,
Bildim ki,
zadın oğlu satıbdır məni, yandım,
Beş
oğluna and içdi -- xəbərsizdir, inandım,
Beş
tabuta bir gündə qoyulsun beşi,
--Amin!
Amin,
qağa, amin, lələ, amin, kişi, amin!
Mən
sinnidə, sən yaşda gərəkdir la sırtıq,
Cahilliyədir
şövqümüz hərçəndi ki, qartıq,
Amin de, dua
eylə ki, qoy olmasın artıq,
Bir kimsənin
aləmdə bizimlə işi,
--Amin!
Amin,
qağa, amin, lələ, amin, kişi, amin!
TİPLƏR
TANIYIRAM
Güzgüyə
baxa-baxa
özünü
görməyən var,
Özünə
bir yol belə
Hesabat verməyən
var.
Var xəstə
anasının
Təqaüdünü
yeyən,
Hər
yumrunu baş sanıb,
Hər
girdəyə baş deyən
Tiplər
tanıyıram mən.
Bağına
çəpər çəkib:
"Yaratdım,
qurdum" deyən,
Ailəsinə "xalqım",
Evinə:
"yurdum" deyən,
İftixarla:
dağıtdım",
Fəxr ilə
"qırdım" deyən,
Qohumuna,
dostuna:
"Öz
itim-qurdum" deyən
Tiplər
tanıyıram mən.
Verdiyinə
bir əvəz
Qopartmasa gəbərən,
Xeyri
ücün qulağa
Dürtülən,
gözə girən,
Minnətlə
salam alan,
Minnətlə
salam verən,
Mədəsində
-- əqidə,
Cibində məslək görən
Tiplər
tanıyıram mən.
Üz-üzə
tərifləyən,
Arxada hey
döşəyən,
Mətləbini,
fikrini
Dəvə
kimi kövşəyən,
Özünü
ayaq altda
Palaz kimi
döşəyən,
Rəisi
hirslənəndə
Tir-tir əsib
üşüyən
Tiplər
tanıyıram mən.
Yaltağın
tərifindən
Həzz
alıb nəşələnən,
Sırtıq
gülüşlərilə
Gözə
toztək ələnən,
Ciblərdə
xırdalanan,
Süfrələrdə
bölünən,
Riya ikən,
ədalət
Örtüyünə
bələnən,
Bur ucuz
şöhrət üçün
Qapılarda
sülənən,
Kabineçin,
rütbəyçin,
Vəzifəyçin
dilənən
Tiplər
tanıyıram mən.
Dərin
görünmək üçün
Lehmətək
dibə çökən,
Duzsuz
danışığıyla
İyrəndirib
ət tökən,
Dərddən
başqa çəkməli
Nə
varsa, birdən çəkən,
Doğruların
başında
Özü
boyda turp əkən
Tiplər
tanıyıram mən.
Bəşəri
çör-çöp sanıb,
İnsana
"dənə" deyən,
Arvadına,
qızına,
Oğluna
"gənə" deyən,
"Mən
kölgədə dincəlim,
Sən
yüyür günə" deyən,
Doğru
sözə, haqq sözə
"Ən
acı kinə" deyən
Tiplər
tanıyıram mən.
DİPLOMUM
Məndə
alimdən füzun alverci istedadı var,
İxtirasız,
kəşfsiz alimliyin öz dadı var.
Dogrudan da
hər kəsin dünyada bir ustadı var,
Ruhuna
ustadımın yüz dəfə rəhmət, diplomum,
Elmsiz alim!
Qiyamətdir, qiyamət, diplomum.
Xərc
çəkib aldım səni, verdim fəqət
vicdanımı,
Gəzdirirsən
"Volqa"da min naz ilə
cananımı,
Elmdən
zəhləm gedirdi, rahat etdin canımı,
Ol səlamət
ki, olum mən də səlamət, diplomum,
Elmsiz alim!
Qiyamətdir, qiyamət, diplomum!
Haqqı
var, arvad səni boynumdan assa, vursa bant,
Haqqı
var "can, can" deyib cildindən öpsə, içsə
and,
Arvadın
üç qardaşı sayəndə olmuş aspirant,
Növbədə
oglum, qızımdır, düşsə fürsət,
diplomum,
Elmsiz alim!
Qiyamətdir, qiyamət, diplomum!
Cildin
haqqı, diplomum, agzımda indi dad da var,
Var
maşın da, ev də var, yüksək maaş da, ad da var,
Peysərim
piy baglayıb, üstündə dörd-beş qat da var,
Cildinə
qurban! Sənindir bu kəramət, diplomum!
Elmsiz alim!
Qiyamətdir, qiyamət, diplomum!
Müftə
Haqqım nəqd gəldi, xahiş etdim, pay da ver,
Söyləyirlər:
quşbeyinsən, barı quşcan fayda ver,
On beş
ildən bir xeyir ver, kim deyir ki, ayda ver,
Yaş
keçibdir, başda da yoxdur fərasət, diplomum,
Elmsiz alim!
Qiyamətdir, qiyamət, diplomum!
Qorxuram xərcim
bata, alimliyim əldən qedə,
Dözmərəm
mən, catlaram mən, partlaram mən, vay, dədə!
Getsə
alimlik əlimdən, aspirant olmaz gədə,
Evdə sənsiz
başlanar qırğın, müsibət, diplomum,
İndidən
titrətmə var canımda dəhşət, diplomum!
Yoxladılar,
laxlatdılar, tərpətdilər, əlqərəz,
Şübhəyə
salmış məni bir cox əlamət, diplomum,
Heç
xoşum qəlmir, düzü, tənqidə möhkəm meyl
var,
Çox
qedir axır zaman haqqımda söhbət, diplomum,
Hətta bir şair yazıbdır şerini
rişxənd ilə:
Elmsiz alim!
Qiyamətdir, qiyamət, diplomum!
YAXŞI
GÖRÜNMÜR
Canavar ol,
ulama, əksinə tez-tez mələ sən,
Bogazın
nazik isə cəhd elə vermə ələ sən.
Mənə
Mir Fövzü deyir: -- Xorna çəkirsən hələ sən,
Ayılarsan
elə ki, zərb ilə dartıldı vişin,
Baxıram,
axırı hec yaxşı qörünmür bu işin.
Xəbərim
yox, başımın üstünü tufan, qış alıb,
A sevincim,
hayana, söylə, gedirsən baş alıb!?
Mənə
Mir Fövzü deyir: -- Yellənir əngin, boşalıb,
Pa atonnan,
nə yaman laxlayıb agzında dişin?!
Baxıram,
axırı hec yaxşı qörünmür bu işin.
"Jiquli"m
vardı, nahaq "Volqa" da qatdım gözünə,
Qulaq
asdım lələmə, gic kimi baxdım sözünə,
Mənə
Mir Fövzü deyir: -- Cox güvənirsən özünə,
Vuracaqlar səni
bir gün, qalacaq düzdə leşin,
Baxıram,
axırı hec yaxşı qörünmür bu işin .
Daga
söykənmiş idim, dag nə biləydim çapılar,
Nə həmən
gəlhagəlimdən, nə o yerdən tapılar,
Mənə
Mir Fövzü deyir: -- Bağlı ikən lay qapılar
Niyə bəs
saxlamadı sirrini üç qatlı meşin?
Baxıram,
axırı hec yaxşı görünmür bu işin.
Hanı əvvəlki
cəlalım, hanı əvvəlki busat?
Maşınım
getdi, cəhənnəm, verələr minməyə at.
Mənə
mir Fövzü leyir: -- Köhnə fırıldaqları at,
Yeni bir tazə
kələk tap, yeni bir hiylə düşün,
Baxıram,
axırı hec yaxşı gürünmür bu işin.
Qayıdaydım
yuxuda barı həmən rütbəmə kaş,
Yada
düşdükcə idarəm, gülürəm, gözdəsə
yaş,
Mənə
Mir Fövzü deyir: -- Aglayaram, gülmə, dadaş,
Nə
yaman aglamalı oldu sənin son gülüşün?!
Baxıram,
axırı hec yaxşı gərünmür bu işin.
Mənə
Mir Fövzü deyir: -- Arxalı dostum, necəsən?..
Nə gərəkmiş
yemək ugrunda canından keçəsən?
Mənə
Mir Fövzü deyir: -- Lap suya düşmüş cücəsən,
Sənə
bundan belə divan tutacaqdır lələşin,
Baxıram,
axırı hec yaxşı görünmür bu işin.
CİNAS
Müəllim
xəbər aldı:
- Kim deyər
cinas nədi?
Bir nəfər
dəm tələbə
Cinasa misal
dedi:
- Cüt
vurmuşuq: mən, dədəm,
O da dəmdir,
mən də dəm.
AYIBDIR
Sən
sözdə təmizlik de, çıgır, kürsü
dağılsın,
Amma
sözə gəldikdə təmiz olma, ayıbdır.
Görsən
gəlirin seldi, cibiştana pıçılda.
Tapşır,
de ki, dibsiz quyu ol, dolma, ayıbdır.
Mümkünsə
ötür süfrədə hal-əhlinə daş-qaş,
Qoyma
qonağın nimçəsinə dolma, ayıbdır.
Al
peşkeş adıyla sənə kim versə brilyant,
Pul
rüşvət olar, yaxşı deyil, alma, ayıbdır.
Görsən
ki, döyürlər səni, yaylıq götür, agla,
Yalvar, ya
da üzr istə, şivən salma, ayıbdır.
Mömin
görünərsən, başı şlyapalı olsan,
Möminliyə
şlyapa yetər, çalma ayıbdır.
Sirrin var
isə özgələrin sirrini açma,
Çırtqoz
kimi tez zurna alıb çalma, ayıbdır.
Dönsən
ilana, zəhr sənə vergi verilsə,
Öz həmnişinin
gürzələri çalma, ayıbdır.
Yoxdur bilirəm
indi qabaq düşməyə imkan,
Barı
gerilərdən geridə qalma, ayıbdır.
Onsuz da
alaqsan, səni gec-tez yolacaqlar,
Səbr
eylə, özün öz saçını yolma,
ayıbdır.
DEYİRƏM
Düşürəm
vızhavıza, ballanıram şanə kimi,
Dönürəm
mən özüm öz başıma pərvanə kimi,
Əsirəm
canımın üstındə zərif nanə kimi,
Ayagım
dəysə daşa, yüz dəfə "can, can" deyirəm,
Ola bilməz
bu nəzakətdə bir insan deyirəm.
Yeyirəm,
yaglanıram, qarnıma piylər yığılır,
Yekələr
var ki, görüb hökmünü qorxur, sıxılır,
Gicəlir
vahimədən, tir kimi tirtap yıxılır,
Gözüm
axırda qızır, turpa badımcan deyirəm,
Ola bilməz
mənə tay, tövbə, bir insan, deyirəm.
Cini
çaşbaş qoyuram, azdırıram şeytanı,
Xəbər
al, şeytan ozü qoy desin, öz vicdanı,
Dara
düşcək qaçıram, tərk edirəm meydanı,
Bu sifət
sahibinə əsl müsəlman deyirəm,
Ola bilməz
mənə tay, tövbə, bir insan deyirəm.
Demaqoq
görmək ücün zırpı teleskopdu gözüm,
Nəyə
vursam yapışır, cünki yapışqandı
sözüm,
Verirəm
bir para vacib şeyə tərif, ad özüm;
Pula --
güc, qüvvə, hünər, məsləkə - qalxan
deyirəm,
Ola bilməz mənə tay, tövbə,
bir insan, deyirəm.
Üyüdərdim
Kəpəzi, bir elə dövran var idi,
Düzü
mədəmdə mənim sanki dəyirman var idi,
Gəlirim,
xeyrim ücün hər cürə imkan var idi,
Düşə
kaş bir də ələ ondakı imkan deyirəm,
Ola bilməz
mənə tay, tövbə, bir insan deyirəm.
Deyirəm
ogluma: görsənki ilişmişdir atan,
Karıxıb
durma, işin məğzini, mənasını qan,
De: bicəm,
yoxdur atam, ənğələ düşsən, məni dan,
Nə
utanmaq, nə qızarmaq, nə həya, dan deyirəm,
Ola bilməz
mənə tay, tövbə, bir insan deyirəm.
OLAYDI
Sinəmdə
kif atıb arzum, niyyətim,
Vəzifə
yanığı yetiməm, yetim.
Dörd-beş
telefonum, gen kabinetim,
Bir də
bir hallıca zadım olaydı.
Heykəlim
olaydı adicə qumdan,
Ya təpəm
kərpicdən, gözümsə mumdan,
Nə
çıxar bu qədər fərsiz qohumdan,
Bir nəfər
gərəkli yadım olaydı.
Pulla
düzələrmi işlərim? Həri!
Yığaydım
üst-üstə packa minləri,
Düzəydim
təsbehə nazəninləri,
Püstə
agızlarda dadım olaydı.
Yuxumda gəlhagəl
görürəm gecə,
Yuxumu
bilmirəm çin edim necə?
Yüz
yoluq yanında laga dönüncə,
Beş
kişi yanında adım olaydı.
Deyirəm
bir imkan keçəydi ələ,
Barı
gün görəydim bu gündən belə;
Yeyəydim,
içəydim, dönəydim kələ,
Boynumda bir
necə qatım olaydı.
BUDU BU
pulgirin
dilindən
Tağ
atıb pul zoruna cibdə badımcan yetişir,
Pul
ücün düşmən olur qardaşa qardaş,
didişir,
Əlimə
pul gələcəkdir, qağa, ovcum gicişir,
Nə gəzəl
şeydi bu pul, hər şeyə imkan budu, bu.
Nədi
pul? Mülk, maşın, tazə kəsilmiş əl əti,
Sənə
pul gəstərərəm Yalta bilərsən Ələti,
Pula qeyrət
deyənin zərrəcə yoxdu qələti,
Mənə
pulsuz demə insan, kişi, insan budu, bu.
Demaqoqlar
qoyalar çəkmənə daş-qaş düzəsən,
Şığıyıb
toyxanada meydana ley tək süzəsən,
Nə
ğərək gündə gedib çirkli dənizdə
üzəsən,
Pul icində
üz, oğul, üzməli ümman budu, bu.
Hər
işin əvvəli - pul, ortası puldur, sonu - pul,
İtirib
siqlətini yüz qram eylər tonu pul,
Nə
sağalmaz mərəzin olsa sağaldar onu pul,
Pula
aç dərdini sən, dərdinə
logman budu, bu.
Pul ilə
gəzməyə çıx, aləmi yıxsın küləyin,
Pulu
bük, həb kimi at ağrısa hərgah ürəyin.
Qazana pul
salıram ətri çoxalsın xörəyin,
Xörəyin
ətri, dadı, anla, kişi, qan, budu, bu.
O deyil pul
ki sayırsan, pul odur ki, sayı yox,
Haya dərhal
yetir, amma səsi çıxmır, hayı yox,
Pulun aləmdə
gözəllikdə, canımcün, tayı yox,
Adı məşhuri-cahan,
afəti-dövran budu, bu.
Nə ki məşhuri-cahan,
ruh, bədən, can budu, bu.
Mənə
canımdan əziz sevgili canan budu, bu.
MÜSİBƏTNAMƏ
Çayında
ətir yox, xörəyində dad,
Halıma
yas tutub şaxsey gedir yad,
Gah
çalır gürzədək məni bu arvad,
Gah sorur
qanımı zəli yerinə.
Pulumu borc
alır qonşu Bəyimdən,
Bilmirəm
artıqdır Bəyim nəyimdən,
Az
qalır oynayım sevindiyimdən
Arvad
"hə" deyəndə "bəli" yerinə.
Əriyib
olmuşam quru bir qəfəs,
Hirslənsə,
qorxudan çəkmirəm nəfəs,
Gah əli
iş görür dilindən əvəz,
Gah dili
işləyir əli yerinə.
Saçına
qırmızı, boz, sarı sürtür,
Dinsəm
barmağını gözümə dürtür,
Yaxşı
ki, parik var, dazımı örtür,
Təpəmin
yolunmuş teli yerinə.
İmportnı
kipriyi, mestni qaşı var,
Futbol
oynamalı əcəb başı var,
"Cinsi"
şalvar geyir, əlli yaşı var,
Qoyubdu
özünü dəli yerinə.
Səhərim
savaşdir, axşamım savaş,
Zəliləm
arvadın əlində, qardaş,
Mənə
rəhmi gəlib gəbərəydi kaş,
Verəydim
"ücünü" "ili" yerinə,
Sevincim, fərəhim
düşüb didərgin,
Düzü,
vəziyyətim gərgindi, gərgin,
Evimdə
qırğındır, matəmdir
hər gün,
Odur ki,
getmirəm ölü yerinə.
BİR BELƏ
Sən get
onu soy, o da onu, qoy o da soysun onları,
Vicdanı,
arı kiflənər, turşuya qoysun onları,
Türmədə
on beş il yatıb, staja saysın onları,
Tapşır:
utanmasın o da, sən də utanma bir belə,
Az
utanımmı söylədin? Hə, utan, amma bir belə.
Təhqir
edib atan səni, mürtəd imiş atan sənin,
Olsun onun
görüm, dadaş, ağzına lap qadan sənin,
Eyninə
alma söysə də saqqalına çatan sənin,
Ziddinə
getmə hər şeyin, cox da utanma bir belə,
Az
utanımmı söylədin? Hə, utan, amma bir belə.
Kim ki
söküb üyütməyir, yox eləsilə hec aram,
İştahana
vurulmuşam, yaxşı yeyən ilə varam,
Xoşmi-halalın,
ay dadaş, hər nə qədər yesən haram,
Zatına
söysələr sənin, çox da utanma bir belə,
Az
utanımmı söylədin? Hə, utan, amma bir belə.
Fikir eləyib
sən axırın, meymunu salma beyninə,
Tənələrə
uyub da çox, hər şeyi alma eyninə.
Xalqı
soyub geyin, dadaş, kastumu cüt-cüt əyninə,
Rüsvay
olanda, qəm yemə, çox da utanma bir belə,
Az
utanımmı söylədin? Hə, utan, amma bir belə.
Lütdəmisən
xalangili, indi gözün bibindədir,
Yaxşı
nə var cibindədir, dogma nə var cibindədir,
İşdir
atan gəlib görə boyun yerin dibindədir,
Üzdən
iraq, zənən kimi çox da utanma bir belə,
Az
utanımmı söylədin? Hə utan, amma bir belə
Boynuna min
qohumların, başda otur, qıraqda gəz,
Nəşəsini
bu dünyanın pivədə gör, araqda gəz,
Müftədə
ləzzət özgədir, ortada ye, qıraqda gəz,
"Qıraq"
deyəndə pərt olub cox da utanma bir belə,
Az
utanımmı söylədin? Hə, utan, amma bir belə.
Bəzi
palıdları görüb sanma ki çırpısan,
dadaş,
Mən nə
öyüd verim sənə, sən yekə zırpısan,
dadaş,
Bax, yenə
də qızarmısan, Maştaga turpusan, dadaş,
Mən demədimmi
ar edib cox da utanma bir belə?
Az
utanımmı söylədin? Hə, utan, amma bir belə.
OLMAZ
Deyirəm
iclas olanda o ki var pisliylmə,
Neçə
gözlüklü görürsən dirəşir
gözlüyümə,
Hamı
pık-pıkla gülür, mat qalır artistliyimə,
Özümü
töhmət edib danlamağımdan olmaz.
Edirəm
bildiyimi, "bəli, buyur, hə" deyirəm.
Mənə
əmr et ki, yemə, iştaham artır, yeyirəm.
Alıram
boynuma nöqsanımı, üzr istəyirəm,
Qanıb
öz səhvimi tez, anlamağımdan olmaz.
Bilirəm
taleyimi, açma nahaqdan mənə kart,
Bu mürəkkəb
oyunumdan baş açar bir para qart,
Vururam
yumrugumu kürsüyə qanun deyə: part!
Çıgırıb,
silkələnəb, banlamağımdan olmaz.
Elə ki,
yoxlamağa gəldi müfəttiş işimi,
Elə ki,
kəlbətini saldı, dəbərtdi dişimi,
Verirəm
ləngimədən dördümü, yaxud beşimi...
Onu bu məqsəd
ilə yanlamagımdan olmaz.
SIRTIĞAM
Demaqoqluq
mikrobu var qanımda,
Ev
dagıtmaq bir mərəzdi canımda,
Faş eylərəm
sirrin olsa yanımda,
Aləm
bilir necə agzı yırtıgam.
Gərək
nəslim gedən yolla gedəm mən,
Hey
yazıram arvadımdan, gədəmdən,
Bu xislətim
miras qalıb dədəmdən,
Mən əslində
dədəmdən də artıgam.
Zərərinə
iş görməsəm ölərəm,
Söysən
məni hırtıldayıb gülərəm,
Məclisinə
çagrılmamış gələrəm,
Utanmaram,
sırtıq oglu sırtıgam.
AY BƏRİ
BAX...
(belə də
oxumaq olar)
Karxanadan
daş gəlir, ay bəri bax, bəri bax,
Daş mənə
daş-baş gəlir, ay bəri bax, bəri bax,
Yoxlanılır
işlərim, ay bəri bax, bəri bax,
İşim
mənə yaş gəlir, ay bəri bax, bəri bax.
Pullarımın
yox sanı, ay bəri bax, bəri bax,
Beş
yüzə vur doxsanı, ay bəri bax, bəri bax,
Kimdə
bu məbləg ola, ay bəri bax,bəri bax,
Xoş
görünər nöqsanı, ay bəribax, bəri bax.
Pul ki
varımdır, quşam, ay bəri bax, bəri bax,
Harda desən
olmüşam, ay bəri bax, bəri bax,
Gündə
iki, üc şəhər, ay bəri bax, bəri bax,
Burda nahar,
orda şam, ay bəri bax, bəri bax.
Tutulmuşam,
aglama, ay bəri bax, bəri baz.
Qonşudadır
baglama, ay bəri bax, bəri bax,
Apar
atangildə qoy, ay bəri bax, bəri bax,
Qonşuya
bel baglama, ay bəri bax, bəri bax.
ƏLİN
CİBİNDƏ OLSUN
İş
istəyib, demişəm:
- Əlin
cibində olsun...
Gödək
sözü anlamır
Bu uzun oglu
uzun.
Gedir əli
cibində,
Gəlir əli
cibində...
Nə
şapalaq yeri var
Qulağının
dibində!
AY LƏLƏ
Vəfasızmış
bu dünyanın sərvəti,
Yazıb
getdin alacağın rüşvəti,
Gecə
keçər, hamı yatar, xəlvəti
Dəftərini
varaqlaram, ay lələ,
Sən
ağlama, mən ağlaram, ay lələ!
Nə tez
çıxdı işlərinin nöqsanı?!
Adam var ki,
nöqsanının yox sanı.
Az
qalmışdı çəkim ötsün doxsanı,
Bundan belə
arıqlaram, ay lələ,
Sən
ağlama, mən ağlaram, ay lələ!
Neçə
maşın, mülk almışdın adıma,
Çox
yetmişdin pul zoruna dadıma,
Hərdən
düşər dəm çağların yadıma,
Sağlığına
araqlaram, ay lələ,
Sən
ağlama, mən ağlaram, ay lələ!
Uzun idin,
yeyib oldun girdə sən,
Özün
getdin, bizi qoydun girdə sən,
İşdi
ordan geri dönsən bir də sən,
Daz təpəni
daraqlaram, ay lələ,
Sən
ağlama, mən ağlaram, ay lələ!
Bir vaxt
canın möhkəm idi filizdən,
Yəqin
indi seçilməzsən gilizdən,
Bundan belə
ünvanını milisdən
Soruşaram,
soraqlaram, ay lələ,
Sən
ağlama, mən ağlaram, ay lələ!
DAYIMDIR MƏNİM
Üç
yol evlənmişəm, yenə toyumdur,
Özümə
qazdığım bu son quyumdur,
Araq
mineralsız "İsti su"yumdur,
Konyaksa
pürrəngi çayımdır mənim.
Civəm
var, heç yerdə rahat durmaram,
Bu təzə
şefimlə yaxşıdır aram,
Bir işdə
üç ayı başa vurmaram,
Burda
doqquzuncu ayımdır mənim.
Pul ilə
poladı, tuncu əyirəm,
Pul ilə
qabıqlı qoz da yeyirəm,
Qışda
pul zoruna qızıb deyirəm:
--
Açın pəncərəni, yayımdır mənim.
Nənəm
molla olub, dədəm azançı,
Dolsun
yalançının qarnına sancı.
Müəllim
qonşum var, aylıq qazancı
Gündəlik
qismətim, payımdır mənim.
Girmərəm
altına hər ağır yükün,
Qırxaram
başını, cücərməz tükün.
Alim
kastyumumdan geymışdi o gün,
Yazıq
elə bilib tayımdır mənim.
Dəmim
gündə olub, olmayıb qəmim,
Susuz, quru
yerdə şütüyüb gəmim,
Dayımdır
öz atam, dayımdır əmim,
Xalam da,
bibim də dayımdır mənim.
QALMIŞAM
Məktəbin
burnumdan getməyib ətri,
Mənə
uşaqlıqdan əzizdi xətri.
İkinci
sinifə keçməkdən ötrü
Əlləşib
iki il birdə qalmışam.
Çəmini
bilirəm hər çətin işin,
İstəsəm
yüz eylər beş dəfə beşin.
Bu qədər
savadla bir müfəttişin
Əlində
dolaşıb girdə qalmışam.
Məndən
iş istəsən basaram gopa,
Boynum kəl
boynudur, bığlarım lopa,
Yedikcə
piylənib dönmüşəm topa,
Piydən
yumrulanıb girdə qalmışam.
Yasdayam,
yaslıya nə qarmon, nə dəf?
Mən
üzüqarayam, dişlərim sədəf,
Tənqid
oxlarına olmuşam hədəf,
Dönüb
nişangaha tirdə qalmışam.
Əlimə
keçəni yolub didirdim,
İşə
kefli gəlib, kefli gedirdim,
Yeməyim,
yeyənə bəs nə yedirdim?
Düşüb
bir əlacsız dərdə, qalmışam.
SƏN
ÖL
Deyirəm,
bərk saxla sözümü yadda:
Cibimdir,
xeyrimdir, qohum da, yad da,
Öz atam
çərəlib gəbərsə hətta,
Yasını
ücçə gün saxlaram, sən öl.
Bunu yaz
kitaba mənim dilimdən:
Rütbəsiz
yaşamaq pisdir ölümdən,
Qovulsam, vəzifəm
getsə əlimdən
Hönkürüb,
zırhazır ağlaram, sən öl.
Yeyərəm
başını düşsəm əgər pəs,
Başsiz
sənin halın necə olar bəs?
Yetməz
harayına, hayına heç kəs,
Qapını
qıfılsız baglaram, sən öl.
Pulum var, tərəzim
dağları çəkər,
Furqonum
altında dünyadır təkər,
Qızmışam,
oduma su töksən əgər
Şiş
basıb bağrına dağlaram, sən öl.
Oxunmaz
sirrimə sinəmdir arxiv,
Dişimdən
əqrəb də, ilan da qorxub.
Mənə
yaltaqlansan, başını qırxıb
Semiçka
yağıyla yağlaram, sən öl.
Gecə qaranlıqda iynə saplaram,
Torpağa
duz əkib meyvə toplaram.
Dinləyən
mat qalar -- elə goplaram,
Kürsüdən
köpürüb çağlaram, sən öl.
--------------
DAĞILIB
XANİMANIM
--Bu nədir?
Sən ki, a qonşu, geyinərdin zəngin,
Belə
bir cür görünürsən, ağarıbdır rəngin,
Protezdirmi
çənən, ya dəbəribdir əngin?
--Dilim
agzında əsir, söz deməyə yox amanım.
--Üzülüb
kəl kimi boynun, qırışıb şırtası da,
Əriyib
qarnının əvvəlki yagı, tortası da,
Elə bil
yastılanıbdır təpənin ortası da,
--Başıma
qəflətən, ay qonşu, uçubdur tavanım.
--Bu nə
gündür? Gözünün ağı da hətta
saralıb,
Dolaşıb
qurcağın, ay qonşu, ya mədən daralıb?
Boğazında,
irağ olsun, elə bil yumru qalıb...
--Canıma
rişə atıb, şaxələnibdir yamanım.
--Yox
olarmış var olan şey də, dönərmiş
nağıla,
Elə
pissən ki, bu pisdən pisi gəlməz ağıla,
Hanı
arxan, köməyin dərdinə
bir çarə qıla?
--Təkəm,
ay qonşu, inan, kiməsə yoxdur gümanım.
Başının
altına, ay qonşu, de, kim qoydu balış?
Özünü
doktora göstərsənə, yoxdurmu tanış?
Nəsə
var səndə, kişi, dərdini gizlətmə,
danış.
--Bilir
onsuz da hamı dərdimi, səndən nə danım,
Çixarıblar
məni işdən, dağılıb xanidanım.
SƏNDƏ
NƏ VAR?
Elə şey
var ki evimdə, çıxarılmaz bazara,
Evimə gəldiyi
gündən evi aldım hasara,
Ona sahiblik
edən, tövbə, tutulmaz azara,
Görənin
gözləri dörd, eynəyi dörd gözlü olar,
A
yoluğ, məndə bu vardır, de görüm, səndə
nə var?
Elə
şeydir ki o şey, nəşədə çatmır mey ona,
Elə
xoş səs çıxarır ki, yetə bilmir ney ona,
Elə
şeydir ki o şey, mümkün olur hər şey ona,
Onun əmrilə
qarışqa fili dəntək aparar,
A
yoluğ, məndə bu vardır, de görüm, səndə
nə var?
Çox
uşaqsan hələ sən, olsa lap xeyli yaşın,
Mənə
bir günlüyə çatmaz sənin aylıq
maaşın,
Keçən
il oğluma aldım təzə bir "Volqa" maşın,
Qızıma
axtarıram indi qızıldan samovar,
A
yoluğ, məndə bu vardır, de görüm, səndə
nə var?
Cibinə
bənzə təmizlikdə və bil, mən də mənəm,
Sayi
itmiş puluma səcdə qılan bəndə mənəm,
Neçə
cananı kəmənd ilə salan bəndə mənəm,
Bəzəyir
boynunu arvadlarımın ayparalar,
A
yoluğ, məndə bu vardır, de görüm, səndə
nə var?
Quru bəylər
kimi dartıb nə boğursan özünü?
Nə
baxırsan mənə heyrətlə bərəldib
gözünü?
Alaram
üç qəpiyə sən kimilərdən
yüzünü,
Qopa tufan,
çəkərəm yüzlüyün üstündə
avar,
A
yoluğ, məndə bu vardır, de görüm, səndə
nə var?
Nə qədər
yaglı yerə pulla zəmanət aldım,
Zirəkəm,
var ki, demək məndə kəramət, aldım,
Nə
üçün səncə keçən dəfə bəraət
aldım?
Düzü
təqsirkar idim, pul mənə çıxmışdı
havar,
A
yoluğ, məndə bu vardır, de görüm, səndə
nə var?
Neçə
növ gündə ləziz, dadlı təamlar yeyirəm,
Yediyimdən
dada bilsən qudurarsan deyirəm,
Ölü
olsam da, sən öl, kastumu cüt-cüt geyirəm,
Qapıma
müftə gəlir xarici, importnı tavar,
A
yoluğ, məndə bu vardır, de görüm, səndə
nə var?
ONA DE
Nə gərəkdir
püləyib zurnanı zildən çalasan?
Vuralar ənginə,
ömrün boyu əngsiz qalasan,
Yenə
get öz şefinin könlünü cəhd et alasan,
O veribdir sənə
lap süftədə anket, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
Yemirik hər
yavanı, yağlıca yerdən yeyirik,
Xeyir
işdən yeyirik, olmasa şərdən yeyirik,
Gecə-gündüz
yemirik, yox, bala, hərdən yeyirik,
Bizə məçlis
boyun ol -- xırdaca, banket ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
Necə, sən
heçnə yemirsən? Sənə vallahi, matam,
Nə
xeyir var təmiz olmaqda, düz olmaqda, atam?
Bu işə
versə əgər, bil, verər ancaq o xitam,
O qoyar
qoysa əgər nimçənə langet, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
Sənə
bivec ki deyiblər, bu səninçin ləkədir,
Ona get
halını əxz eylə, o məndən yekədir,
Ona nisbətdə,
inan, şiri-pələnglər təkədir,
Onu təriflə:
zərif, incə, qəşəng et, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
Belə əngəlləri
sahmana salandır o kişi,
O kişi
sülhə çəkibdir belə yüz cür çəkişi,
Ona de, olsa
da lap təcili, vacib bir işi,
Kabinetdən
yüyürək çıxsa da, ləngit, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
O nə
sözdür ki deyibsən, soyasuydur, çaphaçap?
Başa
düşdüm, əfələ sərf deyildir qahaqap,
Məni
bezdirdin, a zalım, nəfəsim təngidi lap,
Kişi, sən
get onu bezdir, onu təng et, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
O qədər
yer dəyişibsən ki, olubsan köçəri,
Bu pis adət,
görürəm, səndə deyildir keçəri,
Ora
qaç, qoymasalar, xəlvəti dürtül içəri,
Dagıdıb
cır yaxan, axırı cəng et, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
Mənə
nə, as özünü, lap belə dəryada boğul,
Yaşaya
bilməmisən bir dəfə, get bir də doğul,
Mənə
bu ərzi-halın, söylə, nə mənası, oğul?
Onu çək
sorgu-suala, onu dəng et, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
Şefi tənqid
eləyərsən çıxararlar gözünü,
Nə
azardır, gərək iclasda deyəydin sözünü?
Yubanıb
durma daha, qaç ona çatdır özünü,
O da asmazsa
qulaq, cum, ona zəng et, ona de,
Mənə
yox, mən nəçiyəm, dərdini sən get ona de.
YAZIB
Belə
bir cür satirik şeir yazan var, qağacan,
Elə zənn
eyləmə ki, axmağın haqqında yazıb,
O deyibdr
ki, cəmiyyət təmiz ümman kimidir,
Ora,
çirkaba dönüb axmağın haqqında yazıb,
Nə
deyib gör sənə: düz yolda qazılmış xəndək,
Bu
böyük hövsələdə kaş mən olaydım səntək,
Keçərək
hətta dəyirman boğazından dəntək
Neçə
yol dipdiri, sağ çıxmağın haqqında yazıb.
Yazıb əvvəldə:
yükün çoxdu, qarından gəmisən,
Yemisən
xeyli haram, həm də halaltək yemisən,
Dəvənin
boynuna sən guya ki, dümdüz demisən,
Bu həyata
baş-ayaq baxmağın haqqında yazıb.
Canı
yanmış keçiribdir canına nəşdərini,
Başına
çarə fikirləş, qıcıdıb dişlərini,
Götürüb
şeirə düzüb fitnə-fəsad işlərini,
Əməlində
neçə ev yıxmağın haqqında yazıb.
Pah atonnan, kişi gör pərcim edib
şeiri hara!
Azı
yüz dəfə çəkərdim onu mən gündə
dara,
Səni təsvir
eləyibdir necə bir qəlbi qara,
Təmizə
öz ləkəni yaxmağın haqqında yazıb.
Bir odunsan
ki, deyir görməmişik bar səndən,
Sayın
azdırsa da, amma hələlik var səndən,
Sözə
bax, guya bezib hətta qohumlar səndən,
Atanı,
qaynatanı sağmağın haqqında yazib.
Çəkəsən
boynunu zərb ilə çıxınca özəyi,
Vurasan
şəlpələnincə üzüy oğlu
üzüyü,
Arvadından
alaraq zorla brilyiant üzüyü
Rəisin
barmağına taxmağın haqqında yazıb.
Deyəsən
bəd xəbərim pozdu bir az əhvalını,
Sən
özün al, ucadan höccələ şeirin dalını,
Yazıb əbləh
ki, yeyibsən o ki var el malını,
Qərəz,
axır, qağacan, tıxmağın haqqında yazıb.
Bu
yeriş ilə, inan, getməyəcəkdir başa o,
Döyülüb
bir gün, əminəm, dönəcəkdir xaşa
Səni
şeirində, qağa, bənzədib ağır daşa o,
Daş
olub öz başına yagmağın haqqında yazıb.
NƏ
SÖZÜN VAR
Vay-vay, nə
yaman arsız-abırsız, boz üzün var,
Sırtıq,
yenə əvvəlki vəzifəndə gözün var.
Guya bu təzə
işdə işin yaxşı deyildir,
Dörd-beş
sən uzunluqda və sən endə mizin var.
Əvvəlki
qədər olmasa da daşbaşın indi,
Amma bilirəm,
lap ölçüsü, gündə yüzün var.
Murdar sən
olan yerdə təmizdir sənə nisbət,
Kimya silə
bilmir, necə gör murdar izin var.
Heç
vaxt alışıb yanmamısan sən özün, amma
Yandırmadasan
bağrımı, bağrımda gözün var.
Hey
dartıb uzatdıq səni, gördük ki, həminsən,
Keçmişdəki
sən, sanki vücudunda rezin var.
Yaltaqlıq
edib diz ki çökürsən, qalıram mat,
Purjin kimisən,
ah, nə elastikli dizin var!
Düşdün
satirik şerimə, son söz mənim oldu,
Son söz
ki mənim oldu, sənin bəs nə sözün var.
DÜŞƏ
BİLMİRƏM
Burda əlim
oldu, orda barmağım,
Qırx
qazan qaynadıb, qırx ocaq oldum.
Rütbədən
rütbəyə keçdi qarmağım,
Vəzifəm
artdıqca qorxacaq oldum.
Qorxuram
adicə hədədən indi,
Neynəyim,
əlimdən çörəyim gedər,
Qorxuram ən
yoluq gədədən indi,
Mənə
"pıq" eləsə ürəyim gedər.
Nəfsim:
"Sən yedikcə acaram" deyir,
Nəfsim
nə istəsə alıram, qağa.
Hər yetən:
"sirrini açaram" deyir,
Udquna-udquna
qalıram qağa.
Əsir
yarpaq kimi bu boyda bədən,
Çox
böyük qazanda bişə bilmirəm,
Deyirsən
könüllü düşüm rütbədən,
Can,
qağa, könüllü düşə bilmirəm.
MƏNİM
ƏLİMDİR
Pulunu
görəndə qanadlanıram,
Yemək
ol, süfrəyə dönüm önündə.
Təklik
yaxşı deyil, yaxşı qanıram,
Səni tək
qoymaram yaxşı günündə.
Sənə
"can" deyərəm istəməsən də,
Bilsəm
ki üzümə açıqdı seyfin.
Yetərəm
yanına səsləməsən də,
Dolu olsa
cibin, kök olsa keyfin.
Bilirsən,
dostuma satmaram yalan,
Ürəyim
qarpıztək dilim-dilimdir,
Əlini
cibinə salanda, inan,
Sanıram
cibində mənin əlimdir.
BAŞIN
HAQQI
Biar
yaşa, tök ətəyindən daşı, oğlum,
Biar
olanın, tövbə, ağarmır başı, oğlum,
Hətta
atanı, qardaşını borc qaşı, oğlum,
Öz nəfsini
güd, yoxsa batarsan, başın haqqı,
Baxsan
sözümə xeyrə çatarsan, başın haqqı.
Ləzzətli
olur rüşvəti aldıqda dalanda,
Zənn et
ki, uçursan xatasız ayrapalanda,
Nəğd
al nə alırsansa, gözün görsün alanda
Boş tərifə
aldanma, yatarsan, başın haqqı,
Baxsan
sözümə xeyrə çatarsan, başın haqqı.
Pul geysən
əgər sən nə yanarsan, nə donarsan,
Puldan
qanadın olsa uçub Marsa qonarsan,
Artdıqca
pulun, sürətin artar və sanarsan:
Sən
göydə raket, yerdə qatarsan, başın haqqı,
Baxsan
sözümə xeyrə çatarsan, başın haqqi.
Sırtıqlıgı
tək bir dəfə dadsan, dadanarsan,
Ox tək
gözünə girsə də haqq, haqqı danarsan,
Sən
onda, inan, hətta abırdan utanarsan,
Vicdanı
top ağzında atarsan, başın haqqı,
Baxsan
sözümə xeyrə çatarsan, başın haqqı,
Düzlüklə
dolansan yanacaqdır günə kürkün,
Satsan onu hərgah,
ya da etsən onu sürgün,
Satmaq o qədər
xoş görünər ki sənə, bir gün
Namusunu da
hətta satarsan, başın haqqı,
Baxsan
sözümə xeyrə çatarsan, başın haqqı
ƏRZƏNİ
YAZ
Yazdıqların
axır salacaqdır səni əldən,
Biçarə,
xeyir görməyəcəksən bu əməldən,
Hərgah
özünü yaxşı aparsaydın əzəldən...
Hər
şey bitib artıq, kara gəlməz
daha fəryad,
Al, ərzəni
yaz, yaz, səni işdən edim azad.
Yüz dərdinə
birdən necə gər çarə düzəldi,
Həm kəsmə
üsuldur bu üsul, həm də gözəldi,
Yazdıqların
axır qayıdıb üstümə gəldi,
Məndənsə
şikayətlərinə bir budu imdad:
Al, ərzəni
yaz, yaz, səni işdən edim azad.
Yoxlatmısan
on yol məni, yoxlat yenə on da,
Əvvəlkiyəm,
amma ki, görünnəm təzə donda,
Yazdın
keçən il, yoxladılar, şef mənə onda
Töhmət
ki veribdir, qalıb agzımda həmən dad,
Al, ərzəni
yaz, yaz, səni işdən edim azad.
Mən
başını, səd heyf, gərək onda yeyəydim,
Səd
heyf, dalından gərək əvvəldə dəyəydim,
İmkanım
olaydı, sənə bir söz də deyəydim...
Ya
alnına şest ilə yazaydım təzə bir ad...
Al, ərzəni
yaz, yaz, səni işdən edim azad.
Bərk
tut qələmi, qorxma, əlin titrəməsin, yaz,
Hərçənd
ki, yox yazmaga meylin, həvəsin, yaz,
Udqunma, gedər,
bir də qayıtmaz nəfəsin, yaz,
Çox ləngimə
ki, halvanı çoxdan çalıb arvad,
Al, ərzəni
yaz, yaz, səni işdən edim azad.
MÜRDƏŞİR
YUSUN
Axşamacan
səfeh-səfeh
O
bağdadır, bu bağdadır,
Axşam
olur yeyir, yatır,
Zəlil
kimi yataqdadır,
Bir
başı var ki, bir belə,
Eyni
tayı ulaqdadır,
Ali
savadlı qız gəzir,
Hər tərəfi
soraqdadır.
Deyir ki
almaram qəti
Savadı
olmasa qızın,
Ay buna bir
ucuz ölüm!
Ay bunu
mürdəşir yusun!
Bütün
günü bekar gəzir,
Sənətə,
elmə yox maraq,
Əlində
təsbeh oynadır
Şaraq-şaraq,
çaraq-çaraq.
Tənqid
edirsən əbləhi,
Baxıb-baxıb
hırıldayır,
Agzını
yummaq olmayır,
Mətləbi
yox, qırıldayır.
Kimsəyə
verməyir macal,
Hey
danışır uzun-uzun,
Ay buna bir
ucuz ölüm!
Ay bunu
mürdəşir yusun.
Bəyənməz
özgə bir kəsi,
Özündən
amma razıdır,
"Çalış"
deyəndə - ləs toyuq,
Yemək
görəndə tazıdır.
Nə
yaxşı ki bunun kimi
Beş-altısın
da doğmadım,
Bu duzsuz
oglu duzsuzu
Nahaq bələkdə
boğmadım.
Əldə
duza dəyən kimi
Qaçır
dadı, tamı duzun,
İşdi
desəm: var övladım,
Siz bunu tərsinə
yozun.
Bax yenə
dəmlənib gəlir,
Amandı
dinməyin, susun.
Ay buna bir
ucuz ölüm!
Ay bunu
mürdəşir yusun!
SORUŞ
Evimin
damını deşəydi rüşvət,
Damdan
düz ovcuma düşəydi rüşvət,
Almayan nə
birinə şeydi rüşvət,
Rüşvətin
dadını alandan soruş.
Amandır
yadından çıxmasın bu da:
Əlində
pul tut ki, əlindən tuta.
Sən niyə
girmədin instituta?
Get, pulu,
adamı olandan soruş.
Pulsuz nə
hörmət, nə qiymət-qədir,
Səni
qoxlamazlar saçsan da ətir.
Ogurla, xəbər
al: ogurluq nədir?
Guya ki,
bilmirsən, yalandan soruş.
Öyrənmək
istəsən nədir maaşın?
Bu adi
maaşla hardan bu maşın?
Çox
da fikirləşmə, ağrıyar başın,
Get, cibi
haramla dolandan soruş.
Deyirsən
tutulub getdi filankəs,
Əsil
getməlilər niyə qaldı bəs?
Görürəm
sualın deyildir əbəs,
Bunu pul
zoruna qalandan soruş.
Yüz dəfə
demişəm, a key oglu key:
Belinə
pul bağla, əyninə pul gey.
Niyə sən
cücəsən, xalan oglu ley?
Get bunu
anandan, xalandan soruş.
Gorxma, bərkişərsən,
xamsan hələ sən
Gərək
ordan gedib, burdan gələsən.
Kim verdi,
kim aldı? Hardan biləsən,
Get, tindən
xəbər al, dalandan soruş.
Öyrənmək
istəsən ağır günündə:
Niyə
dost-tanışa yetmir ünün də?
Bunu məhkəmədə
məhşər önündə
Acı xəyallara
dalandan soruş.
MƏNZİLBAZ
Yorulmadı,
ömrü boyu
Evdən-evə
köçdü o,
Metrə
alıb sahəsini
Neçə
dəfə ölçdü o.
Darlıq
etdi, üç otağı
Beş
otağa dəyişdi,
Dəyişdikcə
gah onunla,
Gah bununla
deyişdi.
Neçə
ünvan, neçə mənzil
Onu
razı salmadı,
Heç
birində qərar tutub
Axıracan
qalmadı.
Eşitmişəm
o yenə də
Mənzilini
dəyişib,
Nə ərizə
yazıb amma,
Nə zəng
edib, döyüşüb.
Bir mənzilə
köçüb indi --
Divarı
qazıq-qazıq,
Bu mənzili
daha heç cür
Dəyişə
bilmir yazıq.
Bir mənzilə
köçüb indi --
Pəncərəsiz,
qapısız,
Telefonu,
ünvanı yox,
Çətin
onu tapasız.
DÜZƏLƏN-ZAD
DEYİLƏM
Mənə
yastıqdı, döşəkdi, mənə yorğandı
cibim,
Köməyimdi
o mənim, cürətim, arxamdı cibim,
Böyüyüm,
başbilənim, lap belə darğamdı cibim,
Bu əqidəmdə
əsirəm, qulam, azad deyiləm,
Özünü
yorma, kişi, mən düzələn-zad deyiləm.
Sənə
nə: biz nəyə gizlincə nə şeylər
qatırıq?
Sənə
nə: biz nə üsul ilə nə şeylər
satırıq?
Səni
allah götürsün yer üzündən, satirik,
Adına
rast gələndən gülmür üzüm, şad deyiləm,
Özünü
yorma, kişi, mən düzələn-zad deyiləm.
Gözünün
altı şişibdir, yuxusuzsan, yeri yat,
Nə qədər
tənqid olar, boşla, bu töhmətləri at.
Bu agır
yükləri heç fil çəkə bilməz, nə ki
at,
Sənə
şahidmi, sənədmi gətirim: at deyiləm?
Özünü
yorma, kişi, mən düzələn-zad deyiləm.
Nə səbəbdən
gözünə,söylə,göründüm buğa mən?
Sözünün
məgzi nədir, bəlkə gedim pambığa mən?
Necə
qulluq edərəm, getməli olsam, bığa mən?
Ölərəm,
işləmərəm tarlada, arvad deyiləm,
Özünü
yorma, kişi, mən düzələn-zad deyiləm.
Qələmi
sındırıb at, başqa sənət haqda
düşün,
Belə
getsə, iraq olsun, qalacaq yerdə leşin.
Mənə
baş qoşma nahaq, axırı yoxdur bu işin,
Neçə
mülküm çıxıb əldən, yenə bərbad
deyiləm,
Özünü
yorma, kişi, mən düzələn-zad deyiləm.
Qızışıb
tez gələm axtarma. dayan, eylə səbir.
Danışan
şəxs qərəkdir ki, qulaq da asa bir,
Babama
şeir qoşub Mirzə Ələkbər Sabir,
Sənə
zatım ki tanışdır, deməli, yad deyiləm,
Özünü
yorma, kişi, mən düzələn-zad deyiləm.
SƏNSİZ
(nizamiyə
nəzirə)
"Hər
gecəm oldu kədər, qüssəş fəlakət sənsiz",
Başıma
gözləmədən gəldi müsibət sənsiz.
Qızışıb
rüşvət alan yerdə tutuldum, getdim,
Almayaydım
onu kaş sağ-səlamət sənsiz.
Nahaq əvvəldə
sənin məsləhətindən qaçdım,
Nahaq
iş gördüm o gün, gizlicə xəlvət sənsiz.
Darıxardım
o tərəflərdə, inan, səndən uzaq,
Edirəm
mən bu tərəflərdə də xiffət sənsiz.
Sənə
həsrətdi gözüm, heyf yanımda yoxsan,
Nə rəvadır
ki, çəkəm burda əziyyət sənsiz.
Elə zənn
eyləmə ki, səhvimi təkrar edərəm,
Alaram versə
həriflər mənə rüşvət sənsiz.
Səni hər
məclisə şəst ilə seçərdim tamada,
Sən
özün söylə, keçib hansı ziyafət sənsiz?
Dedim
heç olmasa bir yol tək alım rüşvəti mən,
Tək
alım, göstərim aləmdə şücaət sənsiz.
Ony mən
xamlamaq istərkən özüm xamlandım
Yox
imiş məndə, demə, zərrə kəramət sənsiz.
Danışıb
dogruluq haqqında yorulmazdım heç.
Dilim
ağzımda əsir, yox daha taqət sənsiz.
İnanırsanmı
ki, sənsiz siqaret çəkməzdim,
Çəkirəm
həbsdə mən indi rütubət sənsiz.